Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

"Unikal" xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. "Turan Tovuz" 16 xalla 8-ci sıradadır.