Türkiyənin Tokat-Sivas avtomobil yolunda mikroavtobus yük maşınına çırpılıb.

"Unikal" TRT-yə istinadla xəbər verir ki, hadisə nəticəsində mikroavtobusda olan 5 nəfər ölüb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və polis qrupları cəlb edilib.
Xilasetmə qrupları tərəfindən xilas edilən 5 nəfərin yoxlamalar zamanı öldüyü müəyyən edilib.

Hadisənin səbəbləri araşdırılır.