Ötən ay Bakı şəhəri üzrə 17 planlı və 3 plandan kənar, respublikanın digər şəhər və rayonlarında isə 1 aptekdə plandan kənar olmaqla, ümumilikdə 21 aptekdə planlı və plandan kənar yoxlamalar aparılıb.

"Unikal" xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən xəbər verilib. Bildirilib ki, yoxlamalar zamanı 1 aptekdə nöqsan aşkarlanıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokol tərtib edilib.