BƏƏ-nin Əbu-Dabi əmirliyi dünyanın hər yerindən milyarderlər üçün yeni məkana çevrilib.

"Unikal" xəbər verir ki, bu  barədə "Bloomberg" məlumat yayıb. 

Bildirilir ki, hazırda regionda beş min xarici şirkət qeydiyyatdan keçib, 2016-cı ildə ölkədə ofşor şirkətlərin sayı cəmi 46 olub. Son illərdə BƏƏ iş adamları üçün İsveçrədən daha cəlbedici olub.  

"Sahibkarlar böyük investisiyalar üçün uzunmüddətli yaşayış icazəsi və hətta ölkə vətəndaşlığını əldə etmək imkanını dəyərləndirirlər", - nəşr qeyd edib. 

Bundan əvvəl agentlik dünyanın ən zəngin ailələrinin reytinqini təqdim edib Birinci yeri BƏƏ şeyxlərinin Əl Nəhyan sülaləsi tutub, onların sərvəti 305 milyard dollar dəyərində qiymətləndirilib.

Gülayə Mecid