"Belə bir şey olarsa, S-400-lərin və ya digər müdafiə silahlarımızın nə edəcəyini görəcəklər".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri  Yaşar Gülər "S-400-lərin nə vaxt istifadə olunacağı" ilə bağlı sualı cavablandırarkən deyib. 

"Bu cür şərhlər vermək üçün ilk növbədə cəmiyyətdə maraqlananlar bunun nə olduğunu başa düşməlidirlər. S-400 müdafiə silahıdır. Biri bizə hücum etdi, biz ondan istifadə etmədik? Türkiyə, Türkiyə Silahlı Qüvvələri lazım olan hər şeyi mükəmməl peşəkarlıqla edir".

Belə bir şeyi ağlından keçirən olarsa, təbii ki, müdafiə silahlarımızdan istifadə etməyimiz lazım gələcək  və o zaman S-400 və ya digər müdafiə silahlarımızın nə edəcəyini görəcəklər."