“Narazılıq edən heç bir məcburi köçkün evlə təmin olunmayacaq”
20:34 20-04-2013
CƏMİYYƏT
“Narazılıq edən heç bir məcburi köçkün evlə təmin olunmayacaq”
“Köçkünlər arasında saxta boşanmalar baş verir”
“Ölkə prezidenti İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində müvəqqəti məskunlaşmış Bakı ətrafına yaxın ərazidə yerləşdirilməsi üçün yeni böyük bir şəhərin tikintisi layihəsinin ilkin variantının müzakirəsini etdik”.
Bu sözləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yeni Qobu Şəhər Yaşayış massivinin layihələndirilməsinə həsr olunmuş müşavirədə bildirib: “Bu şəhərin adı “Qobu məcburi köçkün yaşayış massivi” adlanır. Bunun üçün Qobu bələdiyyəsi ərazisində 500 ha ərazi ayrılıb. İlkin baş planın müzakirəsi olub. Müzakirədə bütün aidiyyatı qurumların nümayəndələri iştirak edib. Layihə institutu bütün aidiyyatı qurumlardan ilkin olaraq texniki şərtləri alıb. Bu, böyük şəhər olduğuna görə müzakirə yenidən aparılacaq. Layihə institutu baş planı yenidən hazırlayacaq. İkinci dəfə də yığışıb bunu dərindən müzakirə edəcəyik. Daha sonra son variant ölkə rəhbərliyinin müzakirəsinə təqdim olunacaq.
Azərbaycanda son 50 ildə belə bir şəhər tikilməyib. Burada 90 min əhali yerləşdiriləcək. Çoxdandır ki, ki Bakı şəhərində məcburi köçkünlərin yataqxanalardan, uşaq baxçalarından çıxarılması məsələsi müzakirə olunur. Bildiyiniz kimi yaxın vaxtlarda Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 1400 mənzildən ibarət yasayış massivi tikilərək istifadəyə verilib. BDU yataqxanasından köçürülmə başlayıb və yaxın günlərdə başa çatacaq.
7-ci mikrorayonda yerləşən tikilidə olan məcburi köçkünlərin köçürülməsi başlanacaq. Onları tam çıxara bilməyəcəyik. Ona görə də, əlavə vəsait tələb etdiyini xahiş etdik. Müşfiqabad qəsəbəsinə bitişik əlavə 3 bina da tikiləcək. O yarımçıq tikili də tam ordan köçürüləcək. Üçüncü köç obyekti yaxın vaxtlarda Abşeron rayon Masazır qəsəbəsində başlayacaq. Neft akademiyasının da bütün yataqxanalarından məcburi köçkünlər çıxarılacaq”.
Əli Həsənov məcburi köçkünlərin köçürülməsi məsələsində bəzi problemlərin yaşandığını bildirib: “Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin rəhbərləinə müraciət edirəm. Həmin köçürülməyə məruz qalan tikililəri 3 il bundan əvvəl yoxlamışıq. İndi xoşagəlməz hallar ortaya çıxıb. Son 3-4 ayda saxta boşalmalar baş verir. O yataqxanada yaşayan köçkünlər rayondan olan qohumlarını da yanlarında yerləşdiriblər ki, bunların hamısını evlə təmin edək. Köçkünlərə müraciət edirəm. Bu hallara yol verilməyəcək. Narazılıq edən, saxta yollara əl atan heç bir məcburi köçkün evlə təmin olunmayacaq”.
Həsənov onu da qeyd edib ki, bu cür qanunsuzluq halları davam edəcəksə və daha ciddiləşəcəksə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
“Bu şəraiti yaradan insanlara qarşı qanun çərçivəsində müəyyən tədbirlər görülə bilər. Ona görə bu qanunsuz şəraiti yaradan insanlara, ölkədə belə narazılıq yaradanlara xəbərdarlıq edirəm”, - Həsənov deyib.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22