Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin su ehtiyatları ilə bağlı çağırış edib.
"Unikal" xəbər verir ki, ölkə başçıxı su ehtiyyatlarının tükənməz olmadığını və sudan qənaətlə istifadə etməyin zəruriliyini vurğulayıb.
“Türkiyənin israf edəcək bir damcı suyu da yoxdur. Su ehtiyatlarımızı çirkləndirmək vətənə xəyanətə bərabərdir. Unutmamalıyıq ki, gələcək nəsillərin də bizə miras qalan su ehtiyatlarına haqqı var”, - deyə Ərdoğan bildirib.
O, həmçinin qeyd edib ki, məşhur inancın əksinə olaraq, Türkiyə su ilə zəngin ölkə deyil.
Türkiyədə Dəclə və Fərat çaylarında bəndlərin tikintisi İraq və Suriyada mənfi reaksiyaya səbəb olur ki, bu da onlara axan suyun həcminin azaldığını göstərir.
Avqustun 16-da İstanbul sakinlərinə şəhərdə gözlənilən su qıtlığı barədə xəbərdarlıq edilib : yerli su anbarlarının doldurulma səviyyəsi 2014-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.