Ermənistan və Fransanın xarici işlər nazirləri Cənubi Qafqazda təhlükəsizlik məsələləri və cari çağırışları müzakirə ediblər.
"Unikal" xəbər verir ki, Ararat Mirzoyan və Ketrin Kolonna arasında danışıqlar Brüsseldə Şərq Tərəfdaşlığı nazirlərinin görüşü çərçivəsində baş tutub.
Erməni nazir həmkarına Ermənistan-Azərbaycan trekindəki son hadisələrdən danışıb.
Nazirlər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar.