Aİ xarici işlər nazirləri Aİ-nin Ermənistandakı mülki missiyalarının sayını 50% artıraraq, 138-dən 209-a çatdırmaq qərarına gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bu gün Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək, yerdəki mövcudluğumuzu 138-dən 209-a çatdırmaq qərarına gəlib. Bu, missiyanın sayının mühüm artımıdır və Ermənistanın Azərbaycanla beynəlxalq sərhədində sabitliyi artırmaq üçün bir yoldur”, - Borel bildirib.