Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının tədbirlər planının işlənməsini yekunlaşdırmaq üzrəyik.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, yaxın günlərdə tədbirlər planı hazır olacaq.
“İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhali də seçici siyahısına daxil olub və orada da bu proses baş tutacaq”, - deyə T. Budaqov əlavə edib.
Anar Kəlbiyev