Azərbaycanla Ermənistan sülh müqaviləsinin imzalanma vaxtını özləri müəyyən etməlidir.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib.
Zaxarova qeyd edib ki, Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi bağlanması üçün qarşılıqlı istəyi alqışlayır:
“Biz balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza köməyi davam etdirməyə hazırıq. Belə bir sənəd regionda davamlı sülh və sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”, - deyə rusiyalı diplomat bildirib.