Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hərbi əsirlərin mübadiləsi prosesi nəticəsində təhvil verilmiş 32 erməninin siyahısını açıqlayıb.
"Unikal" erməni KİV-ə istinadən bildirir ki, Paşinyanın elan etdiyi adlar arasında Azərbaycan tərəfinin dekabrın 7-də açıqladığı siyahıda yer alan Eulcekcian Viken Abrahamın adı yoxdur. Onun əvəzində ilkin siyahıda olmayan Xankəndidən olan erməni İsanyan Arenin adı çəkilir.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü Eulcekcian Viken Abrahama qarşı 2021-ci ilin iyun ayında Bakıda hökm oxunub.
Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə 20 il müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Viken Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Şuşa şəhərinin yaxınlığında Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Ağarza Elçinoğlu