Kiyevin Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanması ilə bağlı müsbət qərar olmasa, Ukraynanın "B planı" yoxdur. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Norveçə səfəri zamanı deyib.

O, Ukraynanın hər şeyi etdiyini və tərəfdaşlarının bütün göstərişlərini yerinə yetirdiyini deyib. Lakin Zelenski etiraf edib ki, Macarıstan tərəfindən blokada var: "Ona görə də müsbət nəticə olmasa, "B planı" yoxdur, bizim yalnız bir planımız var: bu, bizim Aİ-də olmaq seçimimizdir. Ona görə də müsbət nəticə olmasa, bu, Putinin bu qərara veto qoyması demək olacaq". 

Ağarza Elçinoğlu