Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana səfər edəcək.

"Unikal" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanlı həmkarı ilə görüşəcək, həmçinin Türkiyəli nazirin ölkə başçısı tərəfindən də qəbul olunacağı gözlənilir. 

“Nazirimiz 2023-cü il dekabrın 14-də Azərbaycana səfər edəcək. O,həmkarı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək, prezident İlham Əliyev tərəfindən qəbul olunacaq”-deyə Türkiyə XİN yazılı açıqlamasında bildirib.

17:47

Türkiyə xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Azərbaycana səfər edəcək.

"Unikal" xəbər verir ki, Hakan Fidanın Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub.