İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Təl-Əviv hazırda bütün diqqətini Qəzzada hərbi əməliyyata yönəldib.
"Unikal"
xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Ben-Dor Arab World Press -ə bildirib ki , Qəzza zolağının siyasi və inzibati gələcəyi yalnız İsrail əməliyyatın hərbi məqsədlərini yerinə yetirdikdən sonra müzakirə olunacaq.
"Hazırda diqqətimizi Qəzzada hərbi əməliyyata yönəltmişik və Qəzza zolağının siyasi və inzibati gələcəyi haqqında danışmağa gəldikdə, bu əməliyyatın hərbi məqsədlərinə nail olduqdan sonra bunu növbəti mərhələyə buraxacağıq", - Ben-Dor deyib.