“İran və Ermənistan Şimal-Cənub dəhlizlərinin tamamlanması ilə bağlı razılığa gəlib”

"Unikal" xəbər verir ki, İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş 2024-cü ilin əvvəlindən rusların iştirakı ilə Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacağını və Şimal-Cənub keçid dəhlizlərinin tamamlanması üçün Ermənistanla razılaşma əldə olunduğunu açıqlayıb.

Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolunun tikintisi yeni ilin əvvəlindən Rusiya ilə bağlanmış müqaviləyə uyğun olaraq başlayacaq və Ermənistanla razılaşma ilk dəfə olaraq İran şirkətləri ilə Şimal-Cənub keçid dəhlizlərini tamamlamaq üçün 20 milyon dollardan çox dəyərində müqavilənin imzalanması ilə nəticələnib. 

O, həmçinin Türkmənistanla İran şirkətləri arasında 550 milyon dollar dəyərində yol tikintisi ilə bağlı müqavilənin bağlanmasını ölkə tarixində görünməmiş hal hesab edib və deyib: “Bu müqavilələr həm İranın dəhliz rolunu tamamlayacaq, həm də iranlıların dünyada fəallığına və tanınmasına səbəb olacaq”.