Türkiyənin Qırğızıstandakı səfirliyi yaxınlığında partlayış baş verib.

"Unikal" xəbər verir ki, Qırğızıstanın Daxili İşlər Nazirliyi “terror aktı deyil” bəyanatı verib. Qırğızıstanın paytaxtı Bişkekdə Türkiyənin səfirliyi yaxınlığında avtomobil partladılıb. Daxili İşlər Nazirliyi Bişkekdə baş verən partlayışı "terror aktı deyil" kimi qiymətləndirib.

Qırğızıstanın AKIpress xəbər agentliyinə açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Tilek Otorov bildirib ki, hərəkətdə olan avtomobil qısaqapanma nəticəsində alovlanıb və partlayış yüksələn alovun LPG çəninə çatması səbəbindən baş verib. 

Otorov bildirib ki, "Sürücünün dediyinə görə, avtomobildə qaz avadanlığı olub. Sürərkən tüstü çıxıb və sürücü maşından düşə bilib " .

Türkiyənin Bişkekdəki səfirliyinin yerləşdiyi Tınıstanov küçəsində avtomobildə maye qazdan partlayış baş verib.