Böyük Britaniya və ABŞ HƏMAS ilə əlaqəli şəxslərə qarşı sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, sözügedən şəxslər terrorizm məqsədləri ilə HƏMAS-ı maliyyə xidmətləri və iqtisadi resurslarla təmin ediblər.

Həmin şəxslərin Böyük Britaniyaya girişinin qadağan edilməsi və aşkarlanacağı təqdirdə hesablarının dondurulması nəzərdə tutulur.