Donald Tusk Polşada bütün kəşfiyyat xidmətlərinin rəhbərlərini işdən çıxarıb.

"Unikal" xəbər verir ki, söhbət Daxili Təhlükəsizlik İdarəsinin, Baş Korrupsiyaya Qarşı Mübarizə Bürosunun, Kəşfiyyat İdarəsinin, Hərbi Kəşfiyyat Xidmətinin və Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəhbərlərindən gedir.

Parlament komissiyası ölkənin baş nazirinin bu gün göndərdiyi sorğunu təsdiqləyib.

Polşa Seymi dekabrın 11-də Tuskun Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə namizədliyi üçün səs verib. Onu 248 deputat dəstəkləyib. Bu gün respublika prezidenti Anjey Duda onun and içmə mərasimində iştirak edib. Yeni baş nazirin inauqurasiyasından sonra yeni hökumətin formalaşdırılmasını başa çatdırmaq üçün Nazirlər Kabineti iki həftə ərzində Seymdən etimad səsi almalıdır.