​​"Bu ilin əvvəlindən 2 min 67 terrorçu zərərsizləşdirilib".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər deyib. Nazir ​​2023-cü ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb. 

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında çıxış edən Milli Müdafiə naziri Yaşar Gülər , "Terrorla mübarizədə ölkə daxilində və sərhəddən kənarda ən uğurlu dövrümüzü yaşayırıq. Bu ilin başlanğıcdan indiyədək 2 min 67 terrorçu zərərsizləşdirilib.".