"Ankara İrəvanın digər ölkələrlə deyil, qonşuları ilə əməkdaşlıq mövqeyindən çıxış edəcəyini gözləyir"
"Unikal" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qeyd edib.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh üçün “fürsət qapısı”nın açıldığını deyib .
"Uzunmüddətli və davamlı sülhü təmin etmək üçün Azərbaycan və Ermənistan arasında fürsət qapısı açılıb. Bizim gözləntilərimiz ondan ibarətdir ki, Ermənistan digər ölkələrlə deyil, qonşuları ilə əməkdaşlıq mövqeyindən çıxış edəcək".