Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi hələlik yekun olaraq razılaşdırılmayıb.
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü 2024-cü ilin yanvarında Vaşinqtonda baş tutacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyasının efirində Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan bildirib.
"Hazırda imzalanmağa hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda keçiriləcək XİN səviyyəsində Azərbaycanın da razılaşdığı görüşdə biz bu mətni razılaşdıracağıq".
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə görüşündə nazirlərin Vaşinqtonda görüşünə razılıq verib.