Türkiyənin Adana şəhərində "Starbucks" qəhvə şəbəkəsinə ov tüfəngi ilə atəş açıb.

"Unikal" xəbər verir ki, hadisə Çukurova rayonunda, Turqut Özal Bulvarında yerləşən Starbucks mağazasında baş verib. İddiaya görə, şəxsiyyəti naməlum şəxs içəridə oturan vətəndaşlara “Fələstində uşaqların qanı axır, buranı boşaltın” deyərək, ov tüfəngi ilə içəriyə bir neçə dəfə atəş açıb.

Hadisə zamanı xəsarət alan olmasa da, təsadüfən ərazidən keçən mülki geyimli polis şübhəli şəxsi yaxalayıb.

Daha sonra hadisə yerinə çoxlu polis əməkdaşları gəlib. İçəridə olan müştərilər təhlükəsiz şəkildə təxliyə edilib.