"Sülh müqaviləsi imzalanandan sonra Azərbaycan daha bir humanitar jest edəcək". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan deyib. 

Onun sözlərinə görə, qalib tərəfin humanitar jestlər etməyə gücü çatır: "Ən azı 80 nəfər hələ də Azərbaycanda əsirlikdədir". 

Siyasətçi bildirib ki, Viken Eulcekcian dünənki əsir mübadiləsində geri qaytarılmayıb: "Viken ayda 2000 dollar müqabilində muzdlu döyüşməkdə ittiham olunub və terrorizmə görə 20 il həbs cəzasına məhkum edilib. Bilmirəm o niyə geri qaytarılanlar arasında yoxdur". 

Ağarza Elçinoğlu