Sabah Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçiriləcək iclas saat 10:00-da başlayacaq.
İclasda fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.