Konqo Demokratik Respublikasında uşaqlar içəridə olarkən məktəbə ildırım düşüb.

"Unikal" xəbər verir ki, bu barədə "Eyewitness News" (EWN) nəşri məlumat yayıb.

Bildirilir ki, İturi vilayətinin Bukirinqi kəndində dərs zamanı uşaqlar sinifdə təmizlik işləri apararkən onların 18-ni təbii elektrik cərəyanı vurub. Hadisə yerinə gələn tibb işçiləri beş nəfərə - iki qız və üç oğlana kömək edə bilməyiblər.  

İturinin mülki müdafiəsinə cavabdeh olan məsul şəxs hadisəni təsdiqləyib. O qeyd edib ki, əyalət yağışlı mövsümdə xüsusilə ağır zərbə alır, məktəblər və digər binalar tez-tez dağılır.

Gülayə Mecid