Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının yekunlarına əsasən Ermənistanla sərhədlərin açılıb-açılmamasına qərar veriləcək.
"Unikal"ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Qeyd etdiyimiz kimi biz bu məsələ ilə əlaqədar Azərbaycana dəstək vermişik və verəcəyik", - o bildirib.