Ukrayna hərbçiləri Rusiya ilə sərhəddə yerləşən Çerniqov vilayətində “əjdaha dişləri” adlandırılan beton tank əleyhinə maneələr quraşdırır. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Sergey Naev açıqlayıb. 

Onun sözlərinə görə, “əjdaha dişləri” ən təhlükəli istiqamətlərdə yerləşdirilib. Generalı əlavə edib ki, birinci və ikinci müdafiə xətləri və mövqeləri də tam sürətlə təchiz edilir.

Ağarza Elçinoğlu