Rusiya prezidenti Vladimir Putin MDB, Aİİ və KTMT üzvlüyünə xitam verməsinin Ermənistanın maraqlarına uyğun olmadığını bəyan edib. 

"Unikal" xəbər verir ki, Rusiya lideri bu barədə ilin yekunlarına dair mətbuat konfransında deyib.

"Mən düşünmürəm ki, Ermənistan MDB, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı, KTMT üzvlüyünə hansısa yolla xitam vermək marağındadır. Lakin bu, dövlətin öz seçimidir", - Putin bildirib. 

O, Ermənistanın baş naziri Nikol Paşinyanın ümumi tədbirlərdə iştirak etməməsinə toxunub: "Bildiyimizə görə, bu, Ermənistanda gedən daxili proseslərlə bağlıdır və inteqrasiya strukturlarında işləmək istəyi və ya olmaması ilə bağlı deyil. Baxaq, vəziyyət necə inkişaf edəcək". 

Ağarza Elçinoğlu