Sankt-Peterburqdan olan bir tələbə süni intellektlə bağlı Rusiya prezidenti Vladimir Putinə sual verib. 

"Unikal" xəbər verir ki, Rusiya lideri ilin yekunlarına dair mətbuat konfransında tələbəyə cavab verib. 

Bu zaman Putinin dublyoru dövlət başçısı ilə danışmağa başlayıb. Söhbət əsnasında Putin ekranda ilk dublyorunu gördüyünü açıqlayıb:

"Görürəm ki, sən də mənim kimi ola bilərsən və mənim səsimlə danışa bilərsən. Amma fikirləşdim və qərara gəldim ki, yalnız bir nəfər mənə bənzəsin və mənim səsimlə danışsın. Bu adam isə yalnız mən ola bilərəm". 

Tələbə prezidentə deyib ki, onu, anasını, atasını, nənə və babasını robotlar əvəz edəcək. "Bir şeyi əminliklə deyə bilərəm ki, heç kim nənəni əvəz edə bilməz", - deyə Putin cavab verib.

Ağarza Elçinoğlu