Sankt-Peterburqda “ Azərbaycan mafiyası”nın 15 üzvünün həbs müddəti uzadılıb.
"Unikal" xəbər verir ki, bu barədə şəhərin Oktyabrski rayon məhkəməsi məlumat yayıb.
Məhkəmə iclası bağlı qapılar arxasında keçirilib. Aralarında Azərbaycan və Tacikistan vətəndaşları da olan 15 gənc məsuliyyətə cəlb edilib .
“Azərbaycan mafiyası” bu ilin oktyabrında Sankt-Peterburqda baş verən bir sıra hadisələrdən sonra diqqət çəkib. Gənclər adətən slavyan görünüşlü insanları döyür, baş verənləri kameraya çəkiblər. Bundan sonra onların sosial şəbəkələrində videolar yayılıb. Videodakı gənclər özlərini “Azərbaycan mafiyası” adlandırıblar.
Ümumilikdə iş üzrə ondan çox adam saxlanılıb. Bundan əlavə, təşkilatın əvvəllər Azərbaycana getmiş lideri Rusiyaya ekstradisiya edilib.