Sosial şəbəkədə Ruşanova Rəyyan Əli qızının öskürək səbəbindən təcili surətdə aparıldığı Yeni Klinikaya qəbul edilməməsi ilə bağlı məlumat yayılıb.

"Unikal" xəbər verir ki, azyaşlının yaxınlarının məlumatına görə, saat 21:00 radələrində klinikaya aparılan uşaq pediatriya şöbəsi bağlı olduğu üçün tibb müəssisəsinə qəbul edilməyib. 

Məsələ ilə bağlı Yeni Klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova saytımıza açıqlamasında deyib: 

"Bizdə uşaqlarla bağlı təcili yardım xidməti məhdud saatla çalışır, çünki təyinatı üzrə müvafiq uşaq təcili yardım xidməti göstərən müəssisələr var. Uşağı o saatda valideyni çox güman ki, vəziyyətinə təcili müdaxilə tələb olunduğu üçün klinikaya gətirib. Gərək təcili yardıma zəng edərdilər və uşaq təcili yardımla müvafiq təyinatlı ən yaxın xəstəxanaya çatdırılardı. Sonra səhər razı qalınmasaydı, Yeni Klinikaya köçürülərdi". 

Nuranə Abbasova