"Saxta İsrail rejiminin süqutu çox da uzaq deyil, bunun açıq əlaməti sionistlərin fələstinli qadın və uşaqların varlığına dözə bilməyəcək qədər zəif olmasıdır".

"Unikal" xəbər verir ki, bunu İranın general-mayoru Hüseyn Səlami mədəniyyət konfransında çıxışında deyib.

Sionist rejimin Qəzzə xəstəxanalarını döyüş meydanına çevirməsi və Fələstində müdafiəsiz qadın və uşaqları qətlə yetirməsi ilə bağlı tənqid atəşinə tutan SEPAH komandiri bildirib ki, bu cür vəhşiliklər İsrailə qarşı qlobal nifrətə səbəb olub.

“Dünyanın sionistlərə nifrəti artıq müsəlmanlarla məhdudlaşmır. İnsanlar hətta Ağ Evin yanında, London və Avropanın küçələrində də sionistlərə qarşı mitinqlər keçiriblər”, o əlavə edib.

O, həmçinin İsrail cinayətlərinin əsas sponsoru kimi ABŞ-ın mənəvi, siyasi və iqtisadi uğursuzluğunu vurğulayaraq, Fələstinin müqavimət sayəsində tezliklə qalib gələcəyinə əminliyini ifadə edib.

İ