Böyük Britaniya 2024-cü il yanvarın 1-dən Rusiya Federasiyasından almaz idxalına qadağa tətbiq edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Böyük Britaniya hökuməti Rusiyadan almaz idxalını qadağan edən qanunvericilik aktı təqdim edir və bu beynəlxalq tərəfdaşlarla birgə həyata keçirildikdə metallarla bağlı yardımçı xidmətlərə qadağa tətbiq etməyi planlaşdırır”.

Sənəddə qeyd edilir ki, Rusiya almazlarının idxalına qoyulan qadağa 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.