Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Gürcüstana quruma üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul edib.

"Unikal" xəbər verir ki, bu münasibətlə Gürcüstanın paytaxtı Tbilisidə körpülər və qüllələr Avropa İttifaqının bayrağının rəngləri ilə işıqlandırılıb. 

Qeyd edək ki, Aİ ölkələri, həmçinin Ukrayna və Moldovanın İttifaqa qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər.