Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov dekabrın 22-də, saat 09:00-da Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Unikal" xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-317-58-00) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə də (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.