Bakı Ali Neft Məktəbinin 4 tələbəsi “Heydər Əliyev adına təqaüd” ə layiq görülüb.

"Unikal" xəbər verir ki, onlar bu tələbələrdir:

Faiq Əliyev - Kimya mühəndisliyi 5-ci kurs

Çingiz Hacıyev - Kimya mühəndisliyi 4-cü kurs

Zahid Abdullayev - Proseslərin avtomatlaşdırılması mühəndisliyi 3-cü kurs 

Röya Qasımova - Biznesin idarə edilməsi 3-cü kurs

Bu təqaüd Prezident İlham Əliyevin Sərəncamı ilə bakalavriat səviyyəsində əyani təhsil alan və yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün təsis edilib. Dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.