Dünən axşam saatlarında şəhər ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 49 yaşlı Füzuli Məmmədyarov 1996-cı il təvəllüdlü Elnur Quliyevə bıçaqla xəsarət yetirib. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Məmmədyarov saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.

Murad İbrahimli