Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Sudanda davam edən müharibənin 7 milyon insana təsir etdiyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, o, bu  barədə "X" sosial şəbəkəsində köçkünlərlə bağlı məlumat paylaşıb.

Qrandi bildirib ki, Sudandakı müharibəyə milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.  

"Dünya 7 milyon qaçqın və köçkünə biganə qalır"-  BMT rəsmisi paylaşımında bildirib.  

Fidan Camal