ABŞ-də keçirilən sorğuda seçicilərin yarıdan çoxu 2024-cü ildə keçiriləcək prezident seçkilərində ABŞ prezidenti Co Bayden və keçmiş prezident Donald Trampın namizəd kimi irəli sürülməsindən razı qalmadıqlarını bildiriblər.

"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. 

Partiya əsaslı sorğuya görə, Demokrat seçicilərin 49 faizi Baydenin prezidentliyə namizədliyindən razı qalacaqlarını bildirib. Demokrat seçicilərin 32 faizi Baydenin prezidentliyə namizədliyindən razı qalmayacağını bildirsə də, 18 faizi vəziyyətin onlar üçün heç bir əhəmiyyət kəsb etməyəcəyini qeyd edib. 

Trampın namizədliyindən razı qalan respublikaçı seçicilərin nisbəti 65 faizə yüksəldiyi halda, narazılığını bildirənlər 26 faiz, bitərəf qalanlar isə 9 faiz təşkil edib. 

Sözügedən sorğu noyabrın 30-dan dekabrın 4-dək ABŞ-da 1074 yaşlı seçici üzərində aparılıb.