Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilir.

İclasın gündəliyinə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi daxil edilib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə iclasa qatılanlar arasında görünməyib.

Ramiz Mehdiyev məsələ ilə bağlı “Unikal”a açıqlama verib. 

“Məni bu iclasa dəvət etməyiblər. Səbəbini bilmirəm. Düzünü desəm, bu barədə məlumatım yoxdur. Maraqlandığınız üçün çox sağ olun”, - deyə o qeyd edib.

Murad İbrahimli