Gələn il yanvarın 1-dən Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi maşınların yoxlanılmasında süni intellektdən istifadə edəcək.

"Unikal"  xəbər verir ki, bu barədə quruma təşkil edilmiş mediatur zamanı bildirilib.

Bundan başqa, məlumata görə, gələn il gömrük dəyərinin müəyyən edilməsindən vahid metodikanın tətbiq edilməsi, gömrük ödənişlərinin öncədən müəyyən olunması, malın mənşəyinin müəyyən olunması üçün praktiki təlimatın hazırlanması, bəyannamənin qrafalarının məntiqi çarpaz yoxlanılması nəzərdə tutulub.