"TikTok" istifadəçisi İngiltərədə gecə vaxtı əylənən açıq-saçıq geyinmiş qadınların gizli görüntülərini çəkib paylaşıb.

"Unikal" xəbər verir ki, istifadəçi əsasən Mançesterdə bar və gecə klublarına gedən gənc qızların gizli görüntülərini çəkib və bunlar milyonlarla insan tərəfindən izlənilib.

Videoların əksəriyyətində gənc, yarıçılpaq qadınlar var və onların heç biri kameraya diqqət yetirmir. Bu, operatorun ya gizləndiyi, ya da daha uzun obyektivlə çəkiliş aparması ilə bağlı narahatlıq yaradır.

"TikTok" istifadəçiləri videoları “dəhşətli” adlandırıblar. Bəzi istifadəçilər qadınların razılığı olmadan video çəkilməsinin cinayət olduğunu bildirib və istifadəçidən videoları silməsini istəyib.