2017-ci ildə itkin düşən uşaq Fransada avtomobil sürücüsü tərəfindən tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  azyaşlı sürücünün telefonundan istifadə edərək İngiltərədəki nənəsinə “Səni sevirəm, evə qayıtmaq istəyirəm” mesajını yazıb. 

Məlumata görə, oğlan anası və atası ilə İspaniyada tətildə olarkən itkin düşüb. Onun valideynlərinin harada olduğu məlum deyil. Lakin uşağın itməsi ilə bağlı 6 ildir axtarış aparılırmış.  

Fidan Camal