Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

"Unikal"ın məlumatına görə,  dövlət başçısının sərəncamı ilə polkovnik Şahin Əyyub oğlu Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.

Ş.Mirzəyev Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziridir. O, cari ilin yanvar ayında bu vəzifəyə təyinat alıb.