Xəbər  verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.  Sərəncama əsasən, 1 nəfərə “general-leytenant” ali hərbi rütbəsi, 1 nəfərə “general-mayor” ali hərbi rütbəsi, 2 nəfərə isə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.

"Unikal"ın məlumatına görə, “general-leytenant” ali hərbi rütbəsi alan Etibar Rəsul oğlu İsmayılov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.

O, bu vəzifəyə 2022-ci ilin avqust ayında təyinat alıb.

Daxili xidmət polkovnikləri Aqşin Böyükağa oğlu Kazımova və Asif Eltufat oğlu Məmmədliyə isə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.

Aqşin Kazımov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. O, 2023-cü ilin iyun ayında bu vəzifəyə təyin olunub.

Asif Məmmədli isə Dövlət Yanğından Mühafizə Xidmətinin rəisidir.

Hazırladı: Murad İbrahimli