"Bir məktəb var ki, orada cəmi bir şagir təhsil alır və həmin məktəb üçün ildə 64 min manat vəsait xərclənir. O pulu yenə də xərcləyək. Lakin bu vəsaitə biz daha yaxşı nələrsə edə bilərik".

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, Bakının böyük məktəblərinin birində orta hesabla bir şagirdə 600 manat xərclənirsə, hansısa ucqar kənddə bu rəqəm 30 min manatdır:

"Bu, əlavə paylanma baxımından ədalətli deyil. 600 manat xərclənən məktəb daha yaxşı nəticə verir. Dövlət vəsaitinin daha düzgün, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşma tədbirlərini davam etdirəcəyik".