7-10 dekabr 2023-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, Fövqəladə Hallarda İdarəetmə laboratoriyasının kiçik elmi işçisi Lamiyə Nəcəfova  Mİngəçevir şəhərində ezamiyyətdə olub.

"Unikal" xəbər verir ki, 8-9 dekabr tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfransı keçirilib. Beynəlxalq konfransa dünyanın 9 ölkəsinin ali təhsil müəssisələri, elmi tədqiqat institutları və müvafiq qurumlarından akademik heyət üzvləri, alimlər və ekspertlər qatılıb.

Beynəlxalq konfrasda, həmçinin L.Nəcəfova elmi məruzə ilə çıxış edib. Məruzə iştrakçıların marağına səbəb olub, mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb və məruzə sertifikata layiq görülüb. Ezamiyyət müddətində gənc tədqiqatçı, həmçinin elmi tədqiqat mövzusu ilə əlaqədar olaraq Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasında olub.