Görüntülər Mingəçevir Şəhər Polis Şöbəsində araşdırılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, həmin şəxsin kimliyi müəyyən edilib.
Onun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda olması nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.
*** 21:49
Mingəçevirdə ingiliscə dizayn edilərək şəhərdə sahil boyunca yerləşdirilən "Səni sevirəm, Mingəçevir şəhəri" və "Mingəçevir-75" lövhəsi naməlum şəxs tərəfindən anlaşılmaz şəkildə tapdalanıb.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Kür çayı sahilindəki parkın önündə qeydə alınıb.
Naməlum şəxs şəhərin vəsf edilməsi üçün quraşdırılan vasitələri təpikləyərək əzib.
Məsələ ilə bağlı DİN Mətbuat Xidməti Şəki Regional Nümayəndəliyindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar. Hadisə araşdırılır.
Ehtiram Muradov