Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılmayacaq.
"Unikal" xəbər verir ki, bununla bağlı qərar Müsavat Partiyasının İdarə Heyəti iclasında və müvafiq olaraq AXCP-nin keçirdiyi qurultayda verilib.
Partiyalar aparılan müzakirələrin və sorğuların nəticələrini nəzərə alaraq bu nəticəyə gəldiklərini bəyan ediblər.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, deputatlar - Zahid Oruc və Fazil Mustafanın prezidentliyə namizədliyi açıqlanıb.